Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçilib

Akademiya rəsmilərinin iştirak etdiyi tədbirdə ASAPES-in Maliyyə, təsərrüfat və inzibati işlər üzrə prorektoru Rizvan Əliyev iştirakçılara TGT sədri seçkilərinin keçirilmə prosesi və nəticələri haqqında məlumat verib.

Daha sonra Akademiyanın Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərova seçki mərhələsinə qatılmış namizədlərə tövsiyələr verərək, yeni TGT sədrinə və onun komandasına uğurlar arzulayıb.

Qeyd edək ki, 9-21 noyabr tarixlərində baş tutmuş seçkilərdə Akademiyanın “İdman tibbi və menecment” fakültəsinin “İdman menecmenti və kommunikasiya” ixtisasının II tədris ili tələbəsi Əliyev Tural Asəf oğlu yeni TGT sədri seçilib.

#ASAPES #İdmanAkademiyası #TGT

Xəbərlər