Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES magistrantlarının Böyük Britaniya səfəri davam edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman menecmenti” və “İdman jurnalistikası” ixtisaslaşmasının tələbələri təlim-tədris məqsədi ilə təşkil olunan Böyük Britaniya səfərini davam etdirir. Səfər zamanı tələbələrimiz müxtəlif idman obyektlərini ziyarət edirlər. Növbəti belə məkanlardan biri İngiltərənin ən böyük stadionu olan Uembli (Wembley) olub.

Magistrantlarımız stadionun tarixi, tikilməsi və bu kimi önəmli nüanslar haqqında ətraflı məlumatlar əldə edib, idmançıların soyunub-geyinmə otağını, mətbuat otağını və ən əsası əfsanəvi oyun meydançasını ziyarət edərək dünya səviyyəli idman obyektini görmə şansına nail olublar.

#ASAPES #İdmanAkademiyası #Master #Magistratura #SportJournalism #SportManagement #İdmanJurnalistikası #İdmanMenecmenti

Xəbərlər