Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız İngiltərənin 2-ci ən böyük stadionu “Old Trafford”da

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikasi” və “İdman menecmenti” ixtisaslaşmasının magistrantları İngiltərənin 2-ci ən böyük stadionu, “Mançester Yunayted” klubunun ev oyunlarını keçirdiyi “Old Trafford”a səfər ediblər.

Səfər zamanı tur rəhbəri tələbələrə stadionun tarixi, iş prinsipləri və gələcək hədəflərindən danışaraq, idman menecerliyi mövzusunda “workshop” keçib.

Magistrantlarımız “Arzuların Teatrı”nda (Theatre of Dreams) dünyaca məşhur klubun qazandığı kubokları, oyunçu formaları və futbolçuların tarixi çıxışlarını əks etdirən fotostendə baxış keçiriblər.

Tələbələrimiz həmçinin stadionun mətbuat konfransı zalı va media tribunasında jurnalistlərin işlərinin tənzimlənmə qaydası, ehtiyat oyunçular üçün ayrılmış zonalar, tribunalarının funksiyası haqqında məlumatlar əldə ediblər.

#ASAPES #İdmanAkademiyası #UK #Sport #İdman #SportManagement #SportJournalism #İdmanMenecmenti #İdmanJurnalistikası #Students #Tələbələr

Xəbərlər