Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri arasında sərbəst güləş yarışı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş zalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubiliyenə həsr olunmuş tələbələrarası sərbəst güləş yarışı keçirilib.

Açılış mərasimində çıxış edən ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibətin kökündən dəyişilməsindən, idman və bədən tərbiyəsinin inkişafından və bu sahədə yüksəlişin əsasının qoyulmasından bəhs edib.

Fərid Mansurov onu da vurğulayıb ki, yarışın idarəçiliyinin yüksək səviyyədə təşkilini həyata keçirmək üçün Azərbaycan Güləş Federasiyasından peşəkar hakimlərin cəlb olunması yarış üçün müsbət haldır.

Açılış mərasimindən sonra sərbəst güləşçi tələbələrin təsnifat görüşlərinə start verilib.

#ASAPES #İdmanAkademiyası #Sport #İdman #Güləş

Xəbərlər