Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

II Beynəlxalq elmi konfransın sonuncu günü ASAPES-də keçirilib

Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda II beynəlxalq elmi konfransın ikinci günü idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə Akademiyanın müxtəlif zallarında və auditoriyalarında davam edib.

Qeyd edək ki, əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaq olan kofransda görkəmli xarici mütəxəssislərlə yanaşı yerli ixtisaslı kadrlar da iştirak edib.

#ASAPES #İdmanAkademiyası #GİN #ISSC

Xəbərlər