Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz “Peşələr Festivalında” iştirak ediblər

ASAPES Karyera Mərkəzi, Tələbə və Könüllülərlə iş şöbəsi və TGT-nin təşəbbüsü ilə tələbələrimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 dekabr tarixində Dənizkənarı Milli Parkda keçirilən Peşələr Festivalında iştirak ediblər.

Tələbələr festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğunu, eyni zamanda Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümünə dair məsləhət xidmətindən yararlanaraq, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə ətraflı məlumatlar əldə ediblər.

Xəbərlər