Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri üçün “Biznes Psixologiyası və yaradıcı insan olmaq” mövzusunda təlim keçirilib

6 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Psixoloq Qərib Xıdırovun təqdimatında “Biznes Psixologiyası və yaradıcı insan olmaq” mövzusunda təlim baş tutub.

ASAPES Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə tələbələrə biznes haqqındakı miflər, idarəçilik psixologiyası, zamanın düzgün idarə edilməsi, yaradıcı insan olmaq haqqında geniş məlumat verilib.

Qarşılıqlı diskussiya formatında keçən görüş, tələbələri maraqlandıran suallarla davam edib.

#ASAPES #İdmanAkademiyası #careercenter #Students #tələbələr

Xəbərlər