Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri üçün “Korporativ ünsiyyət - işgüzar yazışmalar” adlı vebinar təşkil edilib

22 fevral tarixində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün “Korporativ ünsiyyət - işgüzar yazışmalar” adlı vebinar təşkil edilib.

Zoom platforması üzərindən yayımlanan görüşdə “Avrora Qrup”-un İnsan Resursları üzrə Biznes Tərəfdaşı Leyla Sarıvəlli spiker kimi tələbələrimizlə öz təcrübələrini bölüşüb.

Qeyd edək ki, görüşdə Akademiyanın 30 tələbəsi iştirak edib, mövzu ilə bağlı ətraflı məlumat əldə ediblər.

Xəbərlər