Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

SABAH qruplarının tələbələrinə Beynəlxalq Astronavtika Konqresi ilə bağlı infosessiya keçirilib

ASAPES-də SABAH qruplarının tələbələri üçün 2024-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ilə bağlı infosessiya keçirilib.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) təhsil meneceri İmran Muxtarov tələbələri konqresə elmi məqalə göndərmək üçün qaydalarla tanış edərək, gələcək iş həyatında bunun onlar üçün üstünlüklərini izah edib. Görüşdə, həmçinin 2023-cü ildə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi barədə videoçarx nümayiş olunub. İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Xəbərlər