Azerbaijan State Academy of Physical Education and Sport

Məşqçilik ixtisası üzrə vakansiya

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI

VAKANSİYA ELAN EDİR

 

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası 2023/2024-ci tədris ili üçün Məşqçilik ixtisası üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbulunu elan edir.  

Məşqçilik üzrə tədris praktiki yönümlü aparıldığından seçim zamanı sahə üzrə təcrübəli, yüksək pedaqoji keyfiyyətləri olan namizədlərə üstünlük veriləcək.

Müsahibə üç mərhələdən ibarət olacaqdır: 

  • Sənədlərin qəbulu; 
  • Müsahibə; 
  • Sınaq dərsin keçirilməsi. 

Müraciət üçün tələblər:

  • Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
  • xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır;
  • Fənn blokuna uyğun elmi məqalə, dərslik, fənn proqramının mövcudluğu arzu olunandır;
  • Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları; 
  • Tələbəyönümlü tədris metodikası; 
  • Əsas iş yerindən razılıq məktubu.

Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlərin aşağıda qeyd olunan fərdi bacarıqları yoxlanılacaq:

  • Fənn üzrə sillabus hazırlamaq;
  • Nümunəvi dərsin keçirilməsi, tədris zamanı biliklərin auditoriyaya ötürülməsi.

Müraciət üçün sənədlər:

  • CV (azərbaycan və ya ingilis dillərində);
  • diplom və diplom əlavəsi (bakalavr və magistr);
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • sertifikatlar (əgər varsa).

Tədris azərbaycan və rus dillərində təşkil olunur.

Fənlərin SİYAHISI

 

Sənədlərin verilməsi üçün son tarix: 06.09.2023

Sənədləri təqdim etmək üçün e-mail:  HR@sport.edu.az

Müraciət edərkən tədris olunacaq fənnin adı emailin mövzu hissəsində qeyd olunmalıdır.