Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-dən COP29-a töhfə

Martın 3-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib.

“İdman həftəsi” çərçivəsində təşkil olunmuş tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Aksiyada ASAPES-in müəllim və tələbələri iştirak edərək, 2 hektar sahədə 100 ədəd şam ağacı əkiblər.

Qeyd edək ki, Azərbaycan hər zaman iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bunun nəticəsidir ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub və bu il COP29 layihəsinə ev sahibliyi edəcək.

News and Events