Azerbaijan State Academy of Physical Education and Sport

Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərliyi ilə Universitetin nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir

Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərliyi ilə Universitetin nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.

Qonaqlar səfər çərçivəsində Bakı Su İdman Sarayının infrastrukturu ilə tanış olublar. Onlara su idman növləri üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman kompleksinin fəaliyyəti, funksional və köməkçi sahələri, üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlıqları haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti daha sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olub. Onlar Azərbaycan Respublikası daxilində kanoe və avarçəkmə üzrə yerli və beynəlxalq müsabiqələrin, çempionatların keçirilməsi haqqında məlumatlandırılıblar. Həmçinin Azərbaycanın bu iki idman növündəki potensialı və inkişaf perspektivləri diqqətə çatdırılıb.

Tərəflər Azərbaycanın su idman növlərinə olan marağı və mühüm uğurları ilə yaxından tanış olaraq bu sahədəki əlaqələrin, təcrübə mübadilələrinin artırılması üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

News and Events