Azerbaijan State Academy of Physical Education and Sport

Təcrübədə iştirak edən müəllimlərlə görüş keçirilib

04 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında 2023/2024-cü tədris ilində təcrübədə iştirak edən müəllimlərlə görüş keçirilib. Görüşdə Akademiyanın tədris işləri üzrə prorektoru Rafail Novruzov, rektorun təhsildə keyfiyyət üzrə müşaviri Həcər Eldarova və Pedaqoji və istehsalat təcrübəsi şöbəsinin nümayəndələri iştirak edib.

Görüş zamanı müəllimlərə təcrübənin gedişatı ilə bağlı cari məlumatlar təqdim olunub. Eyni zamanda müəllimlərə təcrübənin sonunda müəssisələr, müəllim və tələbələrlə keçirilməsi nəzərdə tutulan məmnunluq sorğuları haqqında məlumat verilib və maraqlı tərəflərin iştirakı təşviq olunub.

News and Events