Ali təhsil müəssisələrində tələbələrin akademik maraqlarını qoruyan akademik məsləhətçilər – tyutorlar fəaliyyət göstərir. Siz də hər bir mövzuda sualınız olduqda öncədən sizə təqdim olunmuş tyutorunuza yaxınlaşa bilərsiniz.
Tyutorlar:
- tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;
- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
- tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
- müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
- tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
- yay semestrinin təşkilində iştirak edirlər.
Bununla yanaşı təklifiniz, iradınız, suallarınız olduqda fakültə dekanlıqlarına, Tədris hissəsinə yaxınlaşa bilərsiniz.