Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Karyera məsələləri

Haqqımızda qısa məlumat

Karyera məsləhəti – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən tələbə və məzunlar üçün nəzərdə tutulan xidmətdir. Bu xidmətdən Akademiyanın bütün tələbə və məzunları yararlana bilər. Tələbələr üzbəüz və ya onlayn konsultasiya xidməti ala bilərlər.

Bununla yanaşı, ASAPES Karyera Mərkəzinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə əməkdaşlığı çərçivəsində tələbələr üçün ayda 1 dəfə “Ekspress karyera konsultasiya xidməti” təşkil edilir. Konsultasiya xidmətindən yararlanmaq üçün tələbələr əvvəlcədən qeydiyyatdan keçməlidirlər.

Karyera məsləhəti zamanı mütəxəssislər tərəfindən tələbə və məzunlara karyeralarında növbəti addımları müəyyən etmək, əmək bazarını araşdırmaq, iş axtarışı metodlarını bilmək və iş müsahibəsinə hazırlaşmaq kimi mövzularda köməklik göstərilir.

 

ADBTİA Karyera mərkəzi tələbə və məzunların bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər, seminarlar və təlimlər təşkil edir.

  • CV və rezümenin hazırlanması
  • Natiqlik bacarığı
  • Ünsiyyət bacarığı
  • Karyera planlaması
  • Müsahibəyə hazırlıq
  • Bədən dili
  • Tənqidi təfəkkür
  • Təqdimat bacarığı
  • Zamanın idarə edilməsi
  • Layihələrin yazılması

        

 Qısa keçidlər: 

 

 

Aşağıda verilən linkə klik et və CV nümünəsini yükləyərək, özünə CV yarat!