Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Məzunlar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyata keçirdiyi təhsil siyasətinin əsas istiqamətlərindən biri də məzunlarla işin təşkili prosesidir. Tələbələrin təhsillərini başa vurduqdan sonra peşəkar fəaliyyəti daim Akademiyanın diqqət mərkəzindədir.

Məzunlarla Akademiya arasında bağların daimi olması üçün Karyera Mərkəzi müxtəlif tədbir və təlimlər təşkil edir. Bununla yanaşı, Akademiyada tələbə-məzun forumları və məzun-məzun görüşləri təşkil olunur.

Karyera Mərkəzi tələbələrin məzun olduqdan sonra da məlumatlarını saxlayır və xüsusi yaradılmışbazadan istifadə edir. Burada məzunların şəxsi əlaqə vasitələri, məzun olduğu ixtisas və il, məşğulluq vəziyyəti haqqında məlumatlar öz əksini tapır.

Məzun bazasının hazırlanmasında əsas məqsədlər aşağıdakılardır:

  • Məzunların məşğulluq vəziyyətinin müəyyən edilməsi;
  • İşsiz olan məzunların ixtisasyönümlü karyera imkanlarının dəstəklənməsi;
  • Məzunların Akademiyaya dəvət olunması, tələbələrlə görüşlərin keçirilməsi.

 

Dəyərli məzun, məzun sorğu sistemi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunlarının karyera inkişaflarını izləyən sistemdir. Karyera mərkəzi olaraq əmək bazarında tutduğunuz mövqeyinizə yönəlik bir araşdırma aparırıq. Araşdırmanın nəticələrinə əsasən, sizin karyera ehtiyaclarınızı müəyyən etməyi və Sizə təklif edəcəyimiz xidmətləri formalaşdırmağı hədəfləyirik. Orta hesabla 5-10 dəqiqə vaxt ayıraraq bu prosesə töhfə verə bilərsiniz. Dəstəyiniz üçün təşəkkür edirik!

Sorğuda iştirak et