Anım Günü ilə əlaqədar Zəfər abidəsi ziyarət olunub
27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan İdman Akademiyasının bir qrup müəllim və tələbə kollektivi Zəfər abidəsini ziyarət edib.
Onlar Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər.