Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in Karyera mərkəzinin nümayəndələri ƏƏSMN-in təlimində iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə ali və peşə təhsili müəssisələrinin Karyera mərkəzlərinin əməkdaşları üçün təlim kursu keçirilib.

“Karyera Məsləhətçilərinin Təkmilləşdirilməsi” proqramı çərçivəsində təşkil olunan kursda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları da iştirak edib. Akademiyanın Karyera mərkəzinin direktoru Elnarə Mirzoyeva, həmçinin mərkəzin əməkdaşı Azad Abbasov 5 ay davam edən təlim kursunu uğurla bitirərək, sertifikatla təltif olunublar.

Qeyd edək ki, kursun əsas məqsədi peşəkar karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasına töhfə vermək, mövcud çətinlikləri müzakirə edərək yerli təcrübələri və həll yollarını bölüşməkdir.

Xəbərlər