Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in rektoru Karlov Universitetinin rektoru ilə görüşüb

Martın 13-də ASAPES-in rektoru Fuad Hacıyev Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşüb. Görüşdə Karlov Universiteti (KU), xüsusilə də Bədən tərbiyəsi və idman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib. Həmçinin əsas hədəfin universitetlər arasında fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulanıb və bu istiqamətdə işlərin aparılması üçün KU professorlarının hazırda Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib.

Rektor həmçinin 21 dekabr 2023-cü ildə Karlov Universitetində baş vermiş terror hücumu nəticəsində həlak olan tələbələrin xatirəsinə həsr edilmiş xalçanı xanım Kraliçkovaya təqdim edib və hadisənin baş verdiyi Yan Palaç korpusu önündəki monumentin qarşısına gül dəstəsi qoyub.

Xəbərlər