ASAPES əməkdaşları üçün beynəlxalq akkreditasiya proseduru və özünüqiymətləndirmə hesabatının yazılışı mövzusunda seminar-təlimlər keçirilib
Müstəqil Akkreditasiya və Reytinq Agentliyi tərəfindən 10.01.2024 və 11.01.2024-cü il tarixlərində ASAPES əməkdaşları üçün beynəlxalq akkreditasiya proseduru və özünüqiymətləndirmə hesabatının yazılışı mövzusunda seminar-təlimlər keçirilib. Seminarın keçirildiyi müddət ərzində iştirakçılara elektron formatda zəruri informasiya materialları təqdim olunub və onların sualları cavablandırılıb.