Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və Povoljya DBTİTU arasında ikili diplom təhsil proqramı üzrə müqavilə imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında ikili diplom təhsil proqramı üzrə müqavilə imzalanıb

06 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev və Akademiyanın rəhbər heyəti ilə Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin (Povoljya DBTİTU) rektoru Rafis Burqanovun rəhbərlik etdiyi rəsmi heyət arasında görüş keçirilib. Görüşdə həmçinin “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov da iştirak edib.

Qonaqların rəsmi qarşılanma mərasimi ilə başlayan görüşün davamında qonaqlar Akademiyanın infrastrukturu ilə tanış olublar. Elmi-tədris laboratoriyasının, Multimedia mərkəzinin və anatomaj otağının fəaliyyəti, imkanları haqqında onlara ətraflı məlumat verilib. Həmçinin qonaqlar müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş Milli İdman Tibb və Reabilitasiya İnstitutuna səfər ediblər.

Konfrans zalında davam edən görüşdə Fuad Hacıyev qonaqlara ASAPES-in fəaliyyəti və strukturu, beynəlxalq əlaqələri barədə məlumat verib. Görüş qarşılıqlı fikir mübadiləsi və  əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələrlə davam edib. Sonda ASAPES və Povoljya DBTİTU arasında ikili diplom təhsil proqramı üzrə müqavilə imzalanıb. Tərəflər bakalavr təhsil səviyyəsi üçün Məşqçilik ixtisası üzrə ikili diplom formatında təhsil proqramının həyata keçirilməsinə dair razılığa gəliblər.

Müqaviləyə əasən ASAPES və Povoljya DBTİTU arasında təhsil səviyyəsinin yüksəldilməsinə yönəlmiş akademik və digər qarşılıqlı əlaqələrin yaradılması və inkişafı nəzərdə tutulur.

Xəbərlər