Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fiziki hazırlıq kafedrası üzrə vakansiya

AZƏRBAYCAN İDMAN AKADEMİYASI

VAKANSİYA ELAN EDİR

 

Azərbaycan İdman Akademiyası 2024/2025-ci tədris ili üçün Fiziki hazırlıq kafedrasına müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbulunu elan edir.  

Fənlər üzrə tədris praktiki yönümlü aparıldığından seçim zamanı sahə üzrə təcrübəli, yüksək pedaqoji keyfiyyətləri olan namizədlərə üstünlük veriləcək.

 

Müsahibə üç mərhələdən ibarət olacaqdır: 

  • Sənədlərin qəbulu; 
  • Müsahibə; 
  • Sınaq dərsin keçirilməsi. 

Müraciət üçün tələblər:

  • Fənn blokuna uyğun elmi dərəcənin (magistr, fəlsəfə və elmlər doktoru) olması;
  • Xarici ali təhsil məzunlarının diplomu Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınma sertifikatının olması;
  • Fənn blokuna uyğun elmi məqalə, dərslik, fənn proqramının olması;
  • Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqlarının olması; 
  • Tələbəyönümlü tədris metodikası ; 
  • Əvəzçilik qaydasında işləmək üçün müraciət etdikdə, əsas iş yerindən razılıq məktubunun olması.

Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibə mərhələsində namizədlərin aşağıda qeyd olunan fərdi bacarıqları yoxlanılacaq:

  • Fənn üzrə sillabus hazırlamaq;
  • Nümunəvi dərsin keçirilməsi, tədris zamanı biliklərin auditoriyaya ötürülməsi.

Müraciət üçün sənədlər:

  • CV (azərbaycan və ya ingilis dillərində);
  • diplom və diplom əlavəsi (bakalavr və magistr);
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • sertifikatlar (əgər varsa).

Fənlərin SİYAHISI

Sənədlərin verilməsi üçün son tarix: 01.08.2024

Sənədləri təqdim etmək üçün e-mail:  HR@sport.edu.az

Müraciət edərkən tədris olunacaq fənnin adı emailin mövzu hissəsində qeyd olunmalıdır.