Beynəlxalq əlaqələr şöbəsi
Azərbaycan İdman Akademiyası
Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi
vəzifəsinə işçi axtarışı elan edir
Vəzifə öhdəlikləri:
- Beynəlxalq təşkilatların yerli nümayəndəlikləri, xarici ölkələrin səfirlikləri ilə əməkdaşlıqları genişləndirmək, birgə layihələr işləmək
- Əcnəbi tələbələrin Akademiyaya qəbulu prosesinin aparılması
- Əcnəbi tələbə qəbulu üçün yeni imkanların araşdırılması
- Beynəlxalq yay və qış məktəblərinin təşkili
- Mövcud əməkdaşlıqların möhkəmləndirilməsi və yeni imkanların axtarılması
- Beynəlxalq elmi konfransların, dəyirmi masaların təşkilinə və şöbənin kargüzarlıq işlərinə dəstək
Namizədə dair tələblər:
- Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsinin olmasına üstünlük veriləcəkdir)
- Ən azı 1 illik iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə olaraq ingilis dili bilənlərə üstünlük veriləcəkdir)
- Kompüter bacarıqları
- Peşəkar idarəçilik və ünsiyyət qabiliyyəti
- Komanda ruhlu və prioritetlər üzrə işləmə bacarığı
- Təşkilatçılıq və çevik qərar qəbuletmə bacarıqları
- Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti.
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 18:00-dək, (nahar vaxtı saat 13:00-14:00).
- Əməkhaqqı – Müsahibə əsasında təcrübəyə uyğun
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi: 05.08.24
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi “HR@sport.edu.az” elektron ünvanına göndərin (Mövzu xanasına vəzifənin adını qeyd etməyinizi xahiş edirik). Yalnız tələblərə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.