Magistratura şöbəsi
Azərbaycan İdman Akademiyası
“Magistratura şöbəsinin mütəxəssisi”
vəzifəsinə işçi axtarışı elan edir
Vəzifə öhdəlikləri:
- Verilənlər bazasının yaradılması məqsədilə informasiyanın əldə edilməsi, emalı, saxlanılması,ötürülməsi prosesində fəal iştirak edir.
- Şöbə müdirinin verdiyi sənədlərə diqqətlə yanaşır, onları qeydə alır və təyinatı üzrə arxivləşdirir.
- Mütəxəssis informasiyanı kompyuter vastəsilə emal edir.
- Şöbə müdirinin verdiyi digər tapşırıqları yerinə yetirir.
Namizədə dair tələblər:
- Ali təhsil dərəcəsi (magistr və daha yüksək elmi dərəcəsinin olmasına üstünlük veriləcəkdir)
- Ən azı 1 illik iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti (ingilis dili bilənlərə üstünlük veriləcəkdir)
- Kompüter bacarıqları (MS Office)
- Komanda ruhlu və prioritetlər üzrə işləmə bacarığı
- Ünsiyyət qura bilmək və nitq mədəniyyəti
- Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 18:00-dək, (nahar vaxtı saat 13:00-14:00).
- Əməkhaqqı – Müsahibə əsasında
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi: 20.08.24
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi “HR@sport.edu.az” elektron ünvanına göndərin (Mövzu xanasına vəzifənin adını qeyd etməyinizi xahiş edirik). Yalnız tələblərə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.