Azerbaijan State Academy of Physical Education and Sport

Erasmus+

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) beynəlxalq əlaqələrində Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq aktuallıq kəsb edir. Belə ki,  son illər ADBTİA Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlər ilə əlaqələr quraraq  tərəfdaş universitetlərin sayını artırmışdır.

Erasmus+ mübadilə proqramı Avropa Birliyi tərəfindən formalaşdırılan beynəlxalq təhsil layihəsidir. Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsinin həyata keçirilməsinə imkan yaradır. Tələbələr Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla ünsiyyət və dil bacarıqlarını inkişaf etdirir, yeni akademik nailiyyətlər qazanırlar.  Proqram çərçivəsində bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər. Proqramın davam etmə müddəti professor-müəllim heyəti və tələbələr üçün fərqlidir. Belə ki, proqram çərçivəsində təhsil alan tələbələr üçün mübadilə müddəti 5 aydan (1 semestr) 12 aya (2 semestr) qədər, professor-müəllim heyəti üçün minimum 1 həftə, maksimum 1 ay olar bilər. Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

Hazırda ADBTİA bir sıra universitetlərlə mobilliyi artırmaq üçün danışıqlar aparır, müqavilələr imzalanma mərhələsindədir. Aşağıdakı qeyd olunan iki universitetlə Erasmus+ mübadilə proqramı çərçivəsində aktiv müqavilələr vardır:

  1. Balıkesir Universiteti  (Türkiyə)
  2. Litva İdman Universiteti (Litva)