Azerbaijan State Academy of Physical Education and Sport

2025-2026 yaz semestri üçün Orhun Mübadilə Proqramı

Orhun Mübadilə Proqramından yararlanmaq istəyən müəllimlər və tələbələr üçün məlumat: 

ORHUN Mübadilə Proqramı
Orhun Mübadilə Proqramı nədir?
Orhun Mübadilə Proqramı Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə 
(TURKUNIB) üzv olan universitetlər arasında imzalanacaq protokollar çərçivəsində 
həyata keçirilən tələbə və akademik heyətin mübadiləsi proqramıdır.
 
Mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz universitetlər:
• Qırğızıstan
Qırğız-Türk Manas Universiteti (Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq)
• Qazaxıstan
Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti (Məşqçilik və Fiziki tərbiyə və 
çağırışaqədərki hazırlıq)
Korkut Ata Qızılorda Universiteti (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq)
• Türkiyə
Fırat Universiteti (İdman menecmenti, Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq)
Erzincan Binali Yıldırım Universiteti (Məşqçilik, İdman menecmenti, Fiziki tərbiyə və 
çağırışaqədərki hazırlıq) 
* (Yataqxana və qidalanma ödəniş əsasında təmin olunur)
Kastamonu Universiteti (Məşqçilik, İdman menecmenti, Fiziki tərbiyə və çağırışaqədərki 
hazırlıq)
* (Yataqxana ödəniş əsasında təmin olunur)
Balıkesir Universiteti (Məşqçilik, İdman menecmenti, Fiziki tərbiyə və çağırışaqədərki 
hazırlıq, İdman tibbi və reabilitasiya)
* (Yataqxana və qidalanma ödəniş əsasında təmin olunur)
Orhun Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr üçün məlumat:
• Mübadilə proqramına müraciət edəcək tələbələr, müraciət etmək istədikləri universitetin 
internet saytına daxil olmaqla təhsil aldıqları ixtisas üzrə tədris proqramı ilə tanış olmalı 
və fənlərin uyğunluğuna diqqət etməlidir. Bütün müraciətlər qəbul edildikdən sonra 
tələbələr üstünlük verdikləri universitetin qəbul qərarlarına uyğun olaraq seçiləcəkdir. 
• Mübadilə bir semestri əhatə edir. 
• Tələbələr Orhun Mübadilə Proqramının tələbəsi olduqları müddətdə öz ali təhsil 
müəssisələrinə ödəməli olduqları təhsil haqqını ödəməyə davam edirlər. Mübadilədə 
iştirak edən tələbələr qeydiyyatlarını dondura bilməzlər. Tələbələr mübadilə proqramı 
çərçivəsində təhsil alacaqları ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.
• Orhun Mübadilə Proqramında iştirak edən tələbələrin təhsil müddətində öz 
universitetlərindən aldıqları digər təqaüd və kreditlər davam edir.
• Tələbələrin yataqxana ilə təminatı qəbul edən universitet tərəfindən təşkil ediləcəkdir
(Bəzi universitetlərdə bu ödənişlidir). Tələbənin gediş-gəliş üçün aviabiletləri ASA 
tərəfindən həyata keçiriləcəkdir. Bundan başqa tələbələrə təqaüd ödənişi nəzərdə 
tutulmayıb. 
• Mübadilə proqramına ikinci kursda təhsil alan tələbələr müraciət edə bilər. 
• Tələbələr yalnız bir universitet seçə bilərlər.
• Müraciət etmək üçün tələbələrin ÜOMG 100 ballıq sistem üzərindən minimum 75
olmalıdır.
Tələb olunan sənədlər:
• Akademik transkript 
• Tələbə Haqqında Məlumat Forması (ÖĞRENCİ BİLGİ FORMU). 
Orhun Mübadilə Proqramından yararlanmaq istəyən müəllimlər üçün məlumat:
• Müəllim mübadiləsi bir ali təhsil müəssisəsində çalışan akademik heyətin digər ali təhsil 
müəssisəsində həyata keçirəcəyi tədris fəaliyyətini əhatə edir.
• Mübadilə proqramına müraciət edəcək akademik heyət üstünlük verdikləri universitetin 
internet saytına daxil olmaqla tədris etdikləri fənlərin bu universitetdə olub-olmadığını və 
tədris dilini yoxlamalıdır.
• Bütün müraciətlər qəbul edildikdən sonra ev sahibi universitetin verdiyi qərara əsasən 
müəllimlər seçiləcək və nəticələr elan ediləcək.
• Akademik heyətin mübadilə müddəti tədris ilində bir dəfə olmaqla ən azı bir həftə, ən çoxu 
bir semestri əhatə edə bilər.
• Professor-müəllim heyətinin akademik fəaliyyəti həftədə cəmi altı saatdan az ola bilməz. 
Dərs saatları həftədə altı saatdan çox olmadıqda seminarlar, panellər və ya konfranslar 
kimi akademik fəaliyyətlər də bu çərçivədə nəzərə alınır. Tədris fəaliyyətini əhatə etməyən 
mobillik Orhun Mübadilə Proqramı çərçivəsində qəbul edilə bilməz.
• Akademik Heyətin Mobillik Proqramı adlı sənəddə mühazirəçinin fəaliyyəti ətraflı şəkildə 
göstərilir. Bu plan akademik heyətin öz universitetinin və səfər etdiyi universitetin müvafiq 
kafedrası tərəfindən təsdiq edilir. 
• Bu planda gediləcək ali təhsil müəssisəsinin tədris dili, mühazirəçilərin hansı dildə dərs 
deyəcəyi və bu dildə bilik səviyyəsi yüksək olanlara üstünlük verilir. Mübadilə fəaliyyətində
ilk dəfə iştirak edən professor-müəllim heyətinin müraciətlərinə üstünlük verilir.
• Mübadilə proqramında iştirak etmək hüququ qazanan və üzrsüz olaraq mübadilədə iştirak 
etməyən professor-müəllim heyəti üç il ərzində yenidən bu proqramdan yararlanmaq 
üçün müraciət edə bilməz.
• Göndərən universitet professor-müəllim heyətinin nəqliyyat xərclərini, qəbul edən 
universitet yaşayış xərclərini qarşılayacaq. Bu imkanlar istisna olmaqla, professormüəllim heyətinə ezamiyyə ilə bağlı ödəniş olunmayacaq.
Tələb olunan sənədlər:
• Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)
• Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK PROGRAMI)
Bütün sənədlər kompüterdə doldurulub, international@sport.edu.az e-mail 
ünvanına göndərilməlidir.
2025/26 yaz semestri üçün son müraciət tarixi - 27 oktyabr.