Azerbaijan State Academy of Physical Education and Sport

Şəhid Elzar Yusubovun anası ASAPES-in qonağı olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) məzunu, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Elzar Yusubovun anası Günəş Yusubova və digər şəhid anaları Akademiyanın qonağı olublar. Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin Vətən müharibəsi şəhidlərinə həsr etdiyi "Təhsildən səngərə, səngərdən əbədiyyətə" adlı kitabının şəhid anasına təqdim edilməsi üçün Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəhidimizə həsr edilmiş videosüjet izlənildikdən sonra müəllif kitabı Elzar Yusubovun anasına təqdim edib. Günəş Yusubova şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində Akademiyada görülən işləri yüksək qiymətləndirərək rəhbərliyə öz təşəkkürünü bildirib.

#ASAPES #İdmanAkademiyası

News and Events