Azerbaijan State Academy of Physical Education and Sport

“Akademik Fəaliyyətdə Əqli Mülkiyyət Hüquqlarının Qorunması və Tədqiqat Etikası Prinsipləri” mövzusunda təlim keçirilib

Oktyabrın 10-da Azərbaycan İdman Akademiyasında . Təlimin məqsədi akademik heyət arasında hüquqi və etik savadlılığın artırılması, elmi yaradıcılıqda orijinallığın və məsuliyyətin təşviqi olub.

 Tədbirdə Akademiyanın İnsan resursları, hüquq və inzibati işlər departamentinin hüquqşünası Ariz İbadov və Elmi-tədqiqat mərkəzinin tədqiqat işləri üzrə koordinatoru Fərhad Cəlalov çıxış ediblər.

 Ariz İbadov elmi fəaliyyətdə əqli mülkiyyət hüquqlarının qorunması, sənaye mülkiyyəti obyektləri, müəlliflik hüquqları, eləcə də patentləşmə, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə ətraflı məlumat verib. O, həmçinin bu mövzular üzrə mövcud qanunvericiliyin əsas tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Fərhad Cəlalov isə çıxışında tədqiqat etikası prinsipləri, onların mahiyyəti və akademik fəaliyyət zamanı plagiat hallarının qarşısının alınmasının vacibliyi barədə danışıb. O, etik normalara riayət olunmasının elmi fəaliyyətin keyfiyyətinə təsiri ilə bağlı təqdimat edib.

 Təlimin sonunda 2024–2025-ci tədris ili ərzində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş 8 elmi əsərin müəlliflərinə şəhadətnamələr təqdim olunub.

 Qeydiyyatdan keçmiş elmi əsərlər:

  • “Statistik təhlilə giriş” – m.e.d., prof. Nailə Kələntərli
  • “Üzgüçülük” – b.ü.f.d., prof. Şamil Əbdürəhmanov
  • “Hərəki fəaliyyətin biomexaniki xüsusiyyətləri” – r.ü.f.d., dos. Könül Məmmədova
  • “İdman metrologiyası” – f.ü.f.d., dos. Telman Əbiyev
  • “Seçilmiş idman növünün nəzəriyyəsi və metodikası – İdman turizmi” – prof. Nazilə Salmanova, dos. Sevda Qarayeva, dos. Valeri Bağırov, Sevinc Zeynalova, Yaşar Məmmədov
  • “Atıcı silahlar və əl qumbaraları” – Etibar Əliyev, Mustafa Mustafayev, Vasif Ramazanov
  • “Физическое воспитание студенческой молодежи” – Mirdaməd Alıyev, Rüfət Əkbərov
  • “Sağlamlaşdırıcı fiziki tərbiyə” – Eltac Əliyev

 Təlim iştirakçıları tərəfindən təqdimatlar maraqla qarşılanıb. Sonda iştirakçılar belə maarifləndirici təlimin təşkili və həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan İdman Akademiyasının rəhbərliyinə – rektor Fuad Hacıyevə təşəkkür ediblər.

News and Events