Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin əməkdaşları arasında görüş keçirilib

Görüşdə ASAPES-in Maliyyə, təsərrüfat və inzibati işlər üzrə prorektoru Rizvan Əliyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova və digər həmkarlar iştirak edib.

Görüş zamanı ASAPES-in fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edən film izlənilib. Filmdə ASAPES-SABAH tələbələrinin uğurları, görülən işlər, ixtisasların perspektivləri nümayiş olunub. Bildirilib ki, Akademiyada SABAH layihəsi hal-hazırda bakalavriat səviyyəsində 3 ixtisas (İdman menecmenti və kommunikasiya, Bədən tərbiyəsi və idmanda reabilitasiya, Məşqçilik) üzrə fəaliyyət göstərir və akademiya Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə digər 4 ixtisas üzrə də (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Ümumi fiziki hazırlıq, Kütləvi-sağlamlaşdırıcı idman) SABAH layihəsinin genişləndirilməsində maraqlıdır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə əmək bazarının artan tələblərinə müvafiq olaraq müasir, yüksək keyfiyyətli və beynəlxalq təcrübəli elmi tədqiqatçılar hazırlamaq üçün SABAH Qruplarının magistratura və doktorantura səviyyələri üzrə ixtisaslarının açılması istiqamətində danışıqlar aparılıb. SABAH Qrupları İcra Komitəsinin nümayəndələri tərəfindən qeyd olunub ki, komitə bu istiqamətdə ASAPES-in beynəlxalq əməkdaşlıq modelini yüksək qiymətləndirir və gələcəkdə bundan yararlana bilər.

News and Events