Azerbaijan State Academy of Physical Education and Sport

ASAPES-in baş müəllimi Beynəlxalq Sertifikasiya Proqramını ən yüksək balla bitirib

ASAPES Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi, Azərbaycan Atletika Federasiyasının baş məşqçisi Hakim İbrahimov Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi, ABŞ Olimpiya və Paralimpiya Komitəsinin həyata keçirdiyi Məşqçiliyin Təkmilləşdirilməsi üzrə Beynəlxalq Sertifikasiya Proqramını ən yüksək balla başa vurub.

Proqram çərçivəsində məşqçimiz ABŞ-ın müxtəlif ştatlarında təlimlərə qoşulub və sonuncu mərhələdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yerləşdiyi İsveçrənin Lozan şəhərindəki seminarda iştirak edib. Proqramı uğurla bitirən iştirakçılara BOK-un prezidenti Tomas Bax tərəfindən sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Hakim İbrahimov bu proqrama qatılan ilk Azərbaycanlıdır. O həmçinin 2016 Rio Paralimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır (guide vəzifəsində) və “Tərəqqi” medalı ilə təltif olunub.

News and Events