Azerbaijan State Academy of Physical Education and Sport

Magistrantlarımız Rusiya Federasiyasında tədris-təcrübə səfərində olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə ikili diplom təhsil proqramı çərçivəsində tədrisi rus dilində aparılan İdman menecmenti ixtisası üzrə təhsil alan magistrantları Rusiyada səfərdə olub.

Aprelin 15-də paytaxt Moskvada proqramın açılışı ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Rusiya Beynəlxalq Olimpiya Universitetinin prorektoru Peşin Nikolay Leonidoviç və MGİMO-nun Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Mirzoyeva Anjelika Malikovna çıxış edərək tələbələrə uğurlar arzulayıblar.

12 gün davam edən səfər zamanı magistrantlara Rusiyanın idman təhsili sahəsində nüfuzlu idman müəssisələrinin əməkdaşları və peşəkar mütəxəssislər tərəfindən İdman marketinqi (Malıqin Andrey Vadimoviç) İdman menecmenti (Malıqin Andrey Vadimoviç), İdman hüququ (Peşin Nikolay Leonidoviç), Antidopinq tənzimlənmə (Konova Valeriya Andreyevna), Milli idman tənzimləmə sistemləri (Nagix Sergey İvanoviç), İdmanda PR (Puşkar Qalina Aleksandrovna), Kommunikasiya və antiböhran texnologiyaları (Puşkar Qalina Aleksandrovna) və ingilis dili fənləri tədris edilib.

Tələbələrimiz həmçinin tədris-təcrübə səfəri zamanı Moskva şəhərində yerləşən İrina Viner-Usmanova Gimnastika Sarayı, Rusiya Olimpiya Komitəsi və idman yönümlü təhsil müəssisəsi olan İdman və Təhsil Mərkəzi “Sambo-70” ilə tanış olublar.

Qeyd edək ki, Rusiya Federasiyasına hər il təşkil olunan tədris-təcrübə səfəri magistrantların beynəlxalq əlaqələrini gücləndirmək, fərqli mədəni və idarəetmə anlayışları haqqında biliklər əldə etmək və idman menecmenti sahəsində dünya standartlarını öyrənmək imkanı verir. Təcrübə zamanı tələbələrimiz Federasiyanın və MGİMO-nun tədqiqat bazasından istifadə edərək, ölkənin idman infrastrukturu modellərini, idman menecmenti sahəsində yeni trendləri və təcrübələri də öyrənmiş olurlar.

News and Events